AVRO-2024-də yığmalar heyətə 26 futbolçu daxil edə bilər

Xəbərlər
28 Mart 2024 18:52
AVRO-2024-də yığmalar heyətə 26 futbolçu  daxil edə bilər

UEFA AVRO-2024-də sifariş ərizəsində futbolçu sayını 26-ya yüksəldə bilər.

İdman.biz xəbər verir ki, bu barədə Avropa mətbuatında xəbər yer alıb.

Avropanın ali futbol qurumu bəzi mütəxəssislərin rəyini nəzərə alacaq. Bu barədə aprelin 8-də yığmaların nümayəndələrinin seminarında qərar qəbul olunacaq.

Qeyd edək ki, hazırda sifariş ərizəsində 23 futbolçu yer alır. Son Avropa çempionatında koronovirus səbəbindən komandalara 26 oyunçu daxil etmək imkanı yaradılmışdı.

İdman.biz