Azərbaycan millisinin Avropa Superfinalı üçün heyəti açıqlanıb

Xəbərlər
13 Sentyabr 2023 12:03
Azərbaycan millisinin Avropa Superfinalı üçün heyəti açıqlanıb

Sentyabrın 19-dan 25-dək İtaliyanın Alqero şəhərində təşkil olunacaq Avropa Superfinalında iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan millisinin heyəti müəyyənləşib.

İdman.biz AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Zeynal Zeynalov komandaya 12 oyunçu cəlb edib.

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov.

Oyunçular: Amid Nəzərov, Elşad Manafov, Orxan Məmmədov, Sabir Allahquliyev, Comərd Baxşəliyev, Hüseyn Axundov, Ramil Əliyev, Kamran Qürbətov, İsa Zeynalli, Tural Qurbatov.

Qeyd edək ki, B qrupunda yer alan Azərbaycan yığması sentyabrın 19-da Türkiyə, bir gün sonra Rumıniya, sentyabrın 21-də isə İsveçrə ilə üz-üzə gələcək.

İdman.biz