“Azərbaycanda basketbolun kütləviliyinə nail olmaq əsas hədəflərdən biridir”.
İdman.biz “Report”a istinadən xəbər verir ki, bunu Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev Azərbaycan Basketbol Liqasının ilin yekunlarına həsr edilmiş tədbirində deyib.
O, federasiyanın hədəflərindən söz açıb: “Hər kəsi bu tədbirdə görməkdən məmnunuq. Federasiya olaraq işimiz basketbolun inkişafına nail olmaqdır. Bunun üçün əlimizdən gələni edirik. Addım-addım, mərhələli şəkildə uğurlara irəliləməliyik. Sistemi düzgün qurmalı və mühiti formalaşdırmalıyıq. Əsas məqsədlərdən biri uşaq basketbolunu inkişaf etdirməkdir. Digər məqsədimiz isə basketbolun kütləviliyinə nail olmaqdır”.