Rumıniyada təlim-məşq toplanışı keçən "Neftçi" Vətənə qayıdıb

Xəbərlər
19 Sentyabr 2025 16:53
32
Rumıniyada təlim-məşq toplanışı keçən "Neftçi" Vətənə qayıdıb

FIBA Avropa Kubokunda mübarizə aparacaq "Neftçi" basketbol komandası iki həftəlik təlim-məşq toplanışından sonra Rumıniyadan Bakıya qayıdıb.

İdman.biz xəbər verir ki, sentyabrın 4-də adıçəkilən ölkəyə yollanan "ağ-qaralar" hazırlıq çərçivəsində 6 yoxlama oyunu keçirib.

Komanda iki dəfə yerli "Korona Braşov"la, həmçinin "CSU Sibiu", "Tırqu Jiu", "Arqes Pitesti" və "Styaua" kollektivləri ilə üz-üzə gəlib.

Qeyd edək ki, "Neftçi" FIBA Avropa Kubokunun I qrupunda "Kalev/Kramo" (Estoniya), "Bursaspor" (Türkiyə) və "Trefl" (Polşa) klubları ilə mübarizə aparacaq.

İdman.biz

Məqalədə: