"Sərhədçi"də Nigeriya əsilli basketbolçu

Xəbərlər
18 Sentyabr 2025 15:43
26
"Sərhədçi"də Nigeriya əsilli basketbolçu

"Sərhədçi" heyətini yeni basketbolçu ilə gücləndirib.

İdman.biz xəbər verirki, bu barədə paytaxt klubu məlumat yayıb.

198 sm boya malik Nigeriya əsilli Abiodun Abedo ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 24 yaşlı Abedo son olaraq İngiltərənin "Montana Vestern" klubunun şərəfini qoruyub.

İdman.biz