Azərbaycanın basketbol məşqçisi ICC-yə qəbul olub

Xəbərlər
11 Sentyabr 2025 17:08
36
Azərbaycanın basketbol məşqçisi ICC-yə qəbul olub

Azərbaycan Basketbol Federasiyasının UGBL U-13 liqasında fəaliyyət göstərən məşqçisi İlham Ağayev Macarıstan İdman Elmləri Universitetində keçiriləcək Beynəlxalq Məşqçilik Kursuna (ICC) qəbul olub.

İdman.biz xəbər verir ki, proqram Beynəlxalq Olimpiya Komitəsinin “Olympic Solidarity” dəstəyi ilə həyata keçirilir.

İlham Ağayev 8 həftəlik kurs ərzində beynəlxalq təcrübə qazanaraq ölkə basketbolunun inkişafına töhfə verəcək.

Qeyd edək ki, bir müddət əvvəl eyni kursa Azərbaycanı təmsil edən ilk məşqçi olaraq Ləman İbrahimova qəbul olunmuşdu. Artıq hər iki məşqçimiz birlikdə ölkəmizi beynəlxalq arenada təmsil edəcək.

İdman.biz