Məşhur yazar NBA klubunun sahibini axmaq adlandırıb

Xəbərlər
9 Sentyabr 2025 21:45
34
Məşhur yazar NBA klubunun sahibini axmaq adlandırıb

Məşhur amerikalı köşə yazarı Bill Simmons “Los Anceles Klippers”in forvardı Kavay Leonarda saxta müqavilə ilə 28 milyon dollar ödənilməsi ilə bağlı qalmaqaldan danışıb.

İdman.biz bildirir ki, bu pulların Kaliforniya komandasının sahibi Stiv Balmerlə əlaqəli olduğu güman edilən "Aspiration" şirkəti vasitəsilə ödənilmək istədiyi deyilir.

"Bu, həqiqətdə baş verənlərlə bağlı bir çox fərziyyələrimizi təsdiqlədi. Dərc olunan hər şey indiyə qədər gördüyüm ən çirkin zibil idi. Mən Balmerin o qədər axmaq olduğuna inana bilmirəm" - deyə Simmons bildirib.

İdman.biz