Basketbolçunun restoranı borc səbəbindən bağlanıb

Xəbərlər
11 Sentyabr 2025 01:06
34
Basketbolçunun restoranı borc səbəbindən bağlanıb

“Los Anceles Klippers”in müdafiəçisi Ceyms Hardenin Hyustondakı “Thirteen” restoranı ödənilməmiş kirayə və digər borclara görə bağlanıb.

İdman.biz bildirir ki, restoran Hyuston şəhərinin mərkəzində yerləşir. Harden onu 2021-ci ildə açıb. Ön qapıdakı bildirişə görə, ümumi borc 2,2 milyon dollardır.

Bildirilir ki, bina sahibi restoranın qapısının qıfıllarını dəyişib və vaxtı keçmiş kirayə haqqı ödəniləcəyi təqdirdə “Thirteen” rəhbərliyinə yeni açar verəcəyini vəd edib.

Harden 2012-2021-ci illərdə “Hyuston Rokets”də çıxış edib.

İdman.biz