Basketbol üzrə İsrail millisinin baş məşqçisi Ariel Beyt-Halahmi “Eurobasket 2025”in 1/8 final oyununda komandanısının Yunanıstan millisinin lideri Yannis Adetokunbonu necə saxlamalı olduğu barədə suala yumoristik şəkildə cavab verib.
İdman.biz bildirir ki, oyun yunanların 84:79 hesablı qələbəsi ilə başa çatıb.
"Məncə, M-16 avtomatına ehtiyacımız var. Bu, ən asan yol olardı", - Beyt-Halahmi oyundan əvvəl deyib.
Məğlubiyyətdən sonra o qeyd edib: "O, dünyanın ən yaxşı üç oyunçusundan biridir, onun güclü və unikal oyunu var və edə biləcəyimiz çox az şey var idi".
Adetokunbo görüşdə 37 xal və 10 ribaundla komandasının 1/4 finala yüksəlməsini təmin edib. 1/4 finalda isə o, 25 xal, 4 ribaund və 1 məhsuldar ötürmə ilə Litva üzərində qələbəyə kömək edib - 87:76.
İdman.biz