"Sumqayıt" basketbolçusu ilə müqavilə müddətini uzadıb

Xəbərlər
9 Sentyabr 2025 11:03
42
"Sumqayıt" basketbolçusu ilə müqavilə müddətini uzadıb

"Sumqayıt" daha bir basketbolçusu ilə müqavilə müddətini uzadıb.

İdman.biz xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Kamran İmanov yeni mövsümdə də "Sumqayıt"ın şərəfini qoruyacaq.

Qeyd edək ki, İmanov ötən iki mövsümdə "Sumqayıt"ın heyətində oynayıb. O, həmçinin "Neftçi" və "Sərhədçi" komandalarının formasını geyinib.

İdman.biz