"Lənkəran" amerikalı basketbolçu ilə heyətini gücləndirib.
İdman.biz xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xdməti məlumat yayıb.
Raşed Dysonla bir mövsümlük müqavilə imzalanıb. "Lənkəran" 1.95 sm boya malik 23 yaşlı basketbolçunun ilk Avropa klubu olmaqla yanaşı, ilk peşəkar komandası olacaq.
Qeyd edək ki, Dyson buna qədər ölkəsində universitet komandalarında forma geyib.
İdman.biz