NBA-da saxta müqavilə iddiaları ilə bağlı araşdırma başlanıb

Xəbərlər
4 Sentyabr 2025 07:11
43
NBA-da saxta müqavilə iddiaları ilə bağlı araşdırma başlanıb

Milli Basketbol Assosiasiyası (NBA) jurnalist Pablo Torrenin iddiasından sonra "Los Anceles Klippers" və onun hücumçusu Kavay Leonard haqqında araşdırmaya başlayıb.

İdman.biz xəbər verir ki, Torre Leonardın "Aspiration" şirkəti ilə 28 milyon dollarlıq saxta reklam müqaviləsi imzaladığını bildirib. Bu addımın maaş həddini aşmaq üçün atıldığı iddia edilir.

NBA sözçüsü Mayk Bass, "Los Anceles Klippers" ilə bağlı mediada yayılan məsələdən xəbərdar olduqlarını və araşdırmaya başladıqlarını açıqlayıb.

İdman.biz