Azərbaycanlı hakimdən ilk: İspaniya – Fransa matçını idarə edəcək

Xəbərlər
20 Avqust 2025 10:44
56
Azərbaycanlı hakimdən ilk: İspaniya – Fransa matçını idarə edəcək

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Ruslan Xalıqov 16 yaşadək qızlar arasında keçirilən Avropa çempionatına təyinat alıb.

İdman.biz xəbər verir ki, həmyerlimiz karyerasında ilk dəfə A divizionunun 1/4 final mərhələsinin oyununu idarə edəcək.

Xalıqov bu gün Rumıniyanın Piteşti şəhərində keçiriləcək İspaniya – Fransa matçında söz sahibi olacaq.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

İdman.biz