"Abşeron Lions"da daha bir legioner

Xəbərlər
16 Avqust 2025 12:57
45
"Abşeron Lions"da daha bir legioner

"Abşeron Lions" daha bir legioner basketbolçu ilə heyətini gücləndirib.

İdman.biz xəbər verir ki, ABŞ-dən olan De Sean Eyksen heyətə cəlb olunub.

Hücumçu mövqeyində çıxış edən oyunçu İngiltərənin "Newcastle Eagles" komandasının formasını geyinib.

Qeyd edək ki, "Abşeron Lions" daha əvvəl litvalı Orelik Gediminas, ABŞ-dən olan Arinze Çidom, Ceyms Freyzer, Aubri Makalpayn, Ceylan Şou və De Ondre Caksonu heyətinə qatıb.

İdman.biz