Yığmamız "Qalatasaray"a qalib gəlib

Xəbərlər
14 Avqust 2025 19:57
38
Yığmamız "Qalatasaray"a qalib gəlib

16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan yığması Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununda qüvvəssini sınayıb.

İdman.biz xəbər verir ki, millimiz "Qalatasaray"ın U-18 komandası ilə qarşılaşıb.

Daha üstün oyu nümayiş etdirən qızlarımız 57:50 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, hazırlıq prosesi avqustun 18-dək davam edəcək.

İdman.biz