“Abşeron Lions”dan amerikalı hücumçusu ilə bağlı QƏRAR

Xəbərlər
12 Avqust 2025 11:35
59
“Abşeron Lions”dan amerikalı hücumçusu ilə bağlı QƏRAR

“Abşeron Lions” basketbolçusu Ceylen Şounun müqavilə müddətini uzadıb.

Klubdan İdman.biz-ə verilən məlumata görə, amerikalı hücumçu ilə bir illik sözləşmə imzalanıb.

Ölkəsində Klayton Universitetinin məzunu olan Şou “Abşeron Lions”a qoşulmazdan öncə Avstriyada "Rayffayzen Qraz" klubunun şərəfini qoruyub.

İdman.biz