Azərbaycanın 18 yaşadək qız basketbolçulardan ibarət milli komandası Avropa çempionatı B divizionunda növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, komandamız 4-cü matçında İslandiya yığması ilə qarşılaşıb.
Görüş basketbolçularımızın 86:79 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimiz növbəti görüşünü sabah Kosovoya qarşı keçirəcək.
Qeyd edək ki, yığmamız daha əvvəl Bosniya və Herseqovinaya qalib gəlib (83:81), Ukrayna (65:78) və Litvaya (31:82) uduzub.
İdman.biz