Azərbaycan klubları braziliyalılarla güclənir

Xəbərlər
7 İyul 2025 12:38
45
Azərbaycan klubları braziliyalılarla güclənir

Yeni mövsüm ərəfəsində Azərbaycan voleybol klubları braziliyalı oyunçularla güclənir.

İdman.biz xəbər verir ki, Braziliyadan idmançılar dəvət edən üç komanda artıq məqsədyönlü transferləri həyata keçirib.

Ölkə çempionu “Azərreyl” hücumçu Qrasiela Souzanı, “Gəncə” blokçu Qabriella Oliveyra və debütant DH Volley Sonali Sidraonu heyətinə qatıb.

Yeni mövsümdə liqada Braziliyadan olan mütəxəssis də çalışacaq. “Gəncə” daha əvvəl Peru, Meksika və Kolumbiyada çalışmış Rafael Petrini baş məşqçi postuna dəvət edib.

İdman.biz