Basketbol millimiz Qazaxıstana yollanıb

Xəbərlər
22 İyun 2025 12:41
40
Basketbol millimiz Qazaxıstana yollanıb

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Qazaxıstanın Atırau şəhərinə yola düşüb.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Yığma iyunun 22-dən 25-dək adıçəkilən şəhərdə baş tutacaq "Airom Cup" beynəlxalq turnirində iştirak edəcək.

Bu yarış Avropa çempionatı öncəsi əsas hazırlıq mərhələlərindən biridir.

Qeyd edək ki, U-16 turnirdə ilk oyunlarını 23 iyunda Qazaxıstan təmsilçiləri "Aul Sport" və "Barsy Atrau" klublarına qarşı keçirəcək.

İdman.biz