U-14 yığmamız "Airom Cup" turnirində çempion olub - FOTO

Xəbərlər
21 İyun 2025 19:36
36
U-14 yığmamız "Airom Cup" turnirində çempion olub - FOTO

Qazaxıstanın Atrau şəhərində 14 yaşa qədər oğlanlar arasında keçirilən "Airom Cup" beynəlxalq basketbol turniri başa çatıb.

İdman.biz xəbər verir ki, bu gün baş tutan final oyununda U-14 yığmamız Gürcüstanın "Kutaisi" komandası ilə qarşılaşıb.

Görüş basketbolçularımızın 64:41 hesablı qələbəsi ilə yekunlaşıb. Turnirdə bütün rəqibləri qalib gələn U-14 yığmamız "Airom Cup" beynəlxalq turnirinin çempionu olub.

İdman.biz