NBA ulduzu Kevin Durant PSJ-də kiçik paya sahib olub.
İdman.biz xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
PSJ-nin əsas səhmdarı olan Qatar Sports Investments ilə Durant arasında srəmayə və strateji tərəfdaşlıq müqaviləsi imzalanıb. İkiqat NBA çempionu və "Finiks Sans"ın hücumçusu özünün media və investisiya kampaniyası Boardroom vasitəsilə Paris klubuna dəstək olacaq. 36 yaşlı basketbolçu PSJ-nin basketbol komandasına məsləhətlər verəcək.
Qeyd edək ki, amerikalı basketbolçu bundan əvvəl birbaşa olmasa da, "Arctos Sports Partners" vasitəsilə kluba sərmayə qoyub.
İdman.biz