ABŞ yığmasından 119 xal fərqi ilə qələbə - REKORD

Xəbərlər
21 İyun 2025 14:21
37
ABŞ yığmasından 119 xal fərqi ilə qələbə - REKORD

ABŞ yığması Meksikada Beynəlxalq Basketbol Federasiyasının (FIBA) himayəsi ilə keçirilən 16 yaşadək basketbolçular arasında “AmeriCup-2025” turnirinin 1/4 final oyununda nadir qeydə alınan nəticəyə imza atıb.

İdman.biz xəbər verir ki, Panama ilə oyunun əvvəlində hesabı 44:0 etməyi bacaran amerikalılar yekunda asan qələbə qazanıblar - 131:12.

Beləliklə, ABŞ yığması 119 xal fərqi ilə qalib gələrək 2009-cu ildəki əvvəlki rekordunu yeniləyib - o zaman onlar Dominikan Respublikası komandasına 111 xallıq fərqlə məğlub etmişdilər.

İdman.biz