Millimiz Minskdə 6 yoxlama oyunu keçirib – 2 qələbə/FOTO

Xəbərlər
21 İyun 2025 17:17
40
Millimiz Minskdə 6 yoxlama oyunu keçirib – 2 qələbə/FOTO

Azərbaycanın qız basketbolçulardan ibarət U-18 millisi Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışını başa vurub.

İdman.biz xəbər verir ki, komandamız hazırlıqda yerli klublara qarşı 6 yoxlama oyunu keçirib.

Yığmamız bu görüşlərdən 4-də uduzub.

Azərbaycan U-18 - "Rquor" – 84:39
Azərbaycan U-18 - "Rquor 2" - 80:30
Azərbaycan U-18 - "Horizont" – 40:68
Azərbaycan U-18 - "Horizont" - 53:65
Azərbaycan U-18 - "Viktoriya" – 49:53
Azərbaycan U-18 - "Viktoriya" - 62:68

Qeyd edək ki, Minsk toplanışı iyulun 4-13-də Litvanın Alitus və Vilnüs şəhərlərində baş tutacaq Avropa çempionatının B divizionunun oyunlarına hazırlıq məqsədi daşıyıb.

İdman.biz