Məşhur amerikalı reper NBA finalına 1 milyon dollar mərc edib

Xəbərlər
8 İyun 2025 12:44
40
Məşhur amerikalı reper NBA finalına 1 milyon dollar mərc edib

Cey-Zi kimi tanınan amerikalı reper və iş adamı Şon Kori Karter NBA-nın pley-off finalında "Oklahoma-City Thunder" komandasınn "İndiana Peysers"ə 4:1 hesabı ilə qalib gəlməsi üçün 1 milyon dollarlıq mərc edib.

İdman.biz xəbər verir ki, bu barədə TMZ nəşri məlumat yayıb.

Mərc yazılan nəticəyə uyğun olarsa, sənətçi 3,3 milyon dollar qazanacaq. Serialın başlanğıcı "Oklahoma-City Thunder" üçün dramatik olub. Görüş zamanı üstünlüyə baxmayaraq, komanda ilk görüşdə məğlub olub: İndiana oyunun bitməsinə cəmi 0,3 saniyə qalmış ilk dəfə önə keçib və qalib gəlib - 111:110.

Qeyd edək ki, final mərhələsinin ikinci oyunu iyunun 9-na keçən gecə keçiriləcək.

İdman.biz