Basketbolçularımız Malta və Kosovoya qarşı

Xəbərlər
7 İyun 2025 10:24
62
Basketbolçularımız Malta və Kosovoya qarşı

Bu gün Kosovonun paytaxtı Priştinada 3x3 basketbol üzrə Avropa Kubokunun təsnifat mərhələsinə start veriləcək.

İdman.biz xəbər verir ki, 2 gün davam edəcək yarışda mübarizəyə ilk olaraq Azərbaycanın kişilərdən ibarət millisi qatılacaq.

B qrupunda yer alan komandamız ev sahibləri və Malta ilə üz-üzə gələcək.

Avropa Kuboku
Təsnifat mərhələsi
7 iyun

21:45. Azərbaycan – Malta
23:35. Kosovo – Azərbaycan

Qeyd edək ki, qadınlardan ibarət millimiz də B qrupunda yer alıb və rəqibi Kosovo olacaq. Hər iki yarışda təsnifat mərhələsinin qalibləri Avropa Kubokunda iştirak hüququ qazanacaq.

İdman.biz