Basketbolun 3x3 növü üzrə Azərbaycan millilərinin Avropa kubokunun seçmə mərhələsi üçün heyəti bəlli olub.
İdman.biz xəbər verir ki, Kosovoda keçiriləcək turnirdə kişi və qadınlardan ibarət yığmalarımızın hərəsində 4 basketbolçu yer alacaq.
Qadınlardan ibarət millimiz B qrupunda Kosovo ilə qarşılaşacaq. Yığmanın heyətində Aleksandra Mollenhauer, Dina Ulyanova, Arika Karter və Brianna Frezer çıxış edəcək.
Kişilərdən ibarət millimiz B qrupunda Malta və Kosovo ilə görüşəcək. Heyətdə Orxan Aydın, Amil Həmzəyev, Nəzər Quliyev və Kamran Məmmədov yer alıb.
Qeyd edək ki, seçmə mərhələnin oyunları iyunun 7-8-də keçiriləcək.
İdman.biz