Millimiz nə qədər qazanıb?

Xəbərlər
28 May 2025 09:43
66
Millimiz nə qədər qazanıb?

Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Bakı mərhələsi başa çatıb.

İdman.biz xəbər verir ki, mayın 26-27-də keçirilən yarışı ilk 8 pillədə başa vuran komandalar pul mükafatı əldə edib.

Azərbaycan millisi 8-ci yeri tutub. Komandamız 1000 ABŞ dolları mükafata sahib çıxıb.

Qalib adını qazanan Latviya 14, Niderland 10, Misir 8, Çin 6 min qazanıb. 1/4 finalda uduzanlardan “Takasaki” 4, Avstriya 3, İtaliya 2 minə yiyələnib.

Qeyd edək ki, hər mərhələdə ilk 8 yeri tutanlar mükafat qazanır.

İdman.biz