Bakı mərhələsinin qalibi Latviya olub

Xəbərlər
27 May 2025 21:02
38
Bakı mərhələsinin qalibi Latviya olub

Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Bakı mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, final matçında Niderland və Latviya yığmaları qarşılaşıb.

Maraqlı və gərgin mübarizə şəraitində keçən görüşün taleyini 1 xal həll edib. 14:13 hesabı ilə qalib gələn Latviya komandası Bakı seriyasının qalibi olub.

Bundan əvvəl keçirilən 3 yarışda Niderland yığması iki dəfə və İspaniya komandası bir dəfə çempion tittulunu qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi 1/4 finalda Latviya uduzaraq, mübarizəni dayandırıb.

İdman.biz