Yığmamız mübarizəni dayandırıb, Niderland yarımfinalda - YENİLƏNİB

Xəbərlər
27 May 2025 18:34
96
Yığmamız mübarizəni dayandırıb, Niderland yarımfinalda - YENİLƏNİB

Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Bakı mərhələsi davam edir.

İdman.biz xəbər verir ki, bu gün başa çatacaq yarışın ikinci günü 1/4 final görüşləri ilə başlayıb.

Azərbaycan millisi Latviya ilə üz-üzə gələcək. Üç gün əvvəl Dünya kubokunun seçmə oyununda 11:18 hesabı ilə uduzaraq Monqolustandakı həlledici turnirə vəsiqəni əldən verən yığmamız Baltikyanı ölkə təmsilçisindən revanş almağa çalışıb. Amma komandamız istəyinə çatmayıb. Latviyalar 21:16 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, Latviya - Azərbaycan cütünün qalibi yarımfinalda Çin - Avstriya matçının güclüsü ilə qarşılaşacaq.

Qadın seriyası
Bakı mərhələsi
1/4 final
27 may

17:00. Niderland - İtaliya - 21:14
17:25. Misir - "Takasaki" - 20:19
17:50. Çin - Avstriya - 21:14
18:15. Latviya - Azərbaycan - 21:16

İdman.biz