Bu gün basketbolun 3x3 növü üzrə Qadın Seriyasının Bakı mərhələsinə start verilib.
İdman.biz xəbər verir ki, turnirdə 16 komanda mübarizə aparır.
A qrupunda yer alan millimiz ilk görüşdə Niderlandla üz-üzə gəlib. Matç rəqibin xeyrinə başa çatıb - 19:13. İkinci oyunda yığmamız "Praqa" ilə qarşılaşıb. 16:12 hesabı ilə üstün olan komandamız mərhələ adlayıb.
1/4 finala yüksələn komandamızın rəqibi Latviya olacaq. Oyun sabah saat 18:15-də start götürəcək.
Təsnifat mərhələsi
Qadın seriyası
Bakı mərhələsi
A qrupu
26 may
16:00. Niderland – Azərbaycan - 19:13
17:50. “Praqa” – Azərbaycan - 12:16
Xal durumu: Niderland - 2, Azərbaycan - 1, "Praqa" - 0
Qeyd edək ki, qrup mərhələsində ilk iki yeri tutan komandalar 1/4 finala adlayıb.
İdman.biz