MVP seçilib - komanda yoldaşlarına "Rolex" saatları hədiyyə edib - VİDEO

Xəbərlər
22 May 2025 12:00
35
MVP seçilib -  komanda yoldaşlarına "Rolex" saatları hədiyyə edib - VİDEO

"Oklahoma" komandasının lideri Şey Gilces-Aleksandr NBA-da 2024/2025 mövsümü müntəzəm çempionatının Ən Dəyərli Oyunçusu - MVP seçilib.

İdman.biz xəbər verir ki, səsvermədə 913 xal toplayan 26 yaşlı kanadalı basketbolçu "Denver"in serbiyalı mərkəz oyunçusu Nikola Yokici (787 xal) geridə qoyub.

Bu uğurunda komanda yoldaşlarının da böyük zəhmətinin olduğunu düşünən Gilces-Aleksandr onların hər birinə "Rolex" saatları hədiyyə edib.

İdman.biz