Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Bakıda keçiriləcək mərhələsinin qrupları və təqvimi müəyyənləşib.
İdman.biz xəbər verir ki, mayın 26-27-də keçiriləcək yarışda 16 komanda iştirak edəcək.
Reytinqi aşağı olan 6 iştirakçı təsnifat mərhələsində mübarizə aparacaq. İki qrupun qalibi növbəti raundda 10 komandaya qoşulacaq.
Təsnifat mərhələsi
A qrupu: Madaqaskar, İtaliya, Rumıniya
B qrupu: Qazaxıstan, “Roma”, Misir
Qrup mərhələsi
A qrupu: Niderland, “Praqa”, Azərbaycan
B qrupu: Çin, “Takasaki”, Çili
C qrupu: Tailand, Latviya, təsnifatda A1
D qrupu: Avstriya, Filippin, təsnifatda B1
Azərbaycan millisi A qrupunda Niderland və “Praqa” ilə üz-üzə gələcək. Yığmamız qrup matçlarını mayın 26-da keçirəcək.
Qadın seriyası
Bakı mərhələsi
A qrupu
26 may
16:00. Niderland – Azərbaycan
17:50. “Praqa” – Azərbaycan
Qeyd edək ki, qrup mərhələsində ilk iki yeri tutan komandalar 1/4 finala adlayacaq.
İdman.biz