Bəhreynin Manama şəhərində keçirilən və 160-dan çox milli federasiyanın iştirak etdiyi "FIBA Mid-Term Congress 2025" çərçivəsində beynəlxalq basketbol ailəsi növbəti inkişaf mərhələlərini müzakirə edir.
İdman.biz xəbər verir ki, tədbirdə Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev və icraçı vitse-prezident Fərrux Mahmudov da iştirak edirlər.
Konqresdə FIBA-nın rəqəmsal inkişafı, qadın basketboluna dair prioritetlər, süni intellekt əsaslı həllər və yeni proqramlar təqdim olunur.
Qeyd edək ki, basketbolun qlobal inkişafında müzakirə olunan bu trendlər, gələcək üçün yeni imkanların qapısını açır.
İdman.biz