Basketbol üzrə Azərbaycan çempionatında mükafatlandırma mərasimi baş tutub.
İdman.biz xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan tədbirdə ardıcıl üçüncü dəfə ölkə çempionluğunu təmin etmiş “Sabah” komandasına qızıl medallar və çempionluq kuboku təqdim olunub.
İkinci yeri tutmuş "Neftçi"yə gümüş mükafatlar verilib.
Tədbirdə həmçinin mövsümün ən yaxşısı seçilən "Sabah"ın basketbolçusu Hassanı Qravett mükafatlandırılıb.
Mükafatları komandalara Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və ABF-nin nümayəndələri təqdim ediblər.
Sonda “Sabah” komandası çempionluq kubokunu başı üzərinə qaldırıb.
Aytac Sahəd
İdman.biz