Millimizdən 10 pilləlik sıçrayış

Xəbərlər
12 May 2025 09:09
65
Millimizdən 10 pilləlik sıçrayış

Basketbolun 3x3 növü üzrə komandaların dünya reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, qadınlardan ibarət Azərbaycan millisi də siyahıda yer alıb.

Yığmamız dünyada 29-cudur. Komandanın hesabında 93,106 xal var. Millimiz ötən siyahı ilə müqayisədə 10 pilləlik sıçrayışla irəliləyib.

Qeyd edək ki, cədvələ Niderland millisi başçılıq edir – 495,000 xal.

İdman.biz