Azərbaycan yığması Avropa çempionuna uduzub - FOTO

Xəbərlər
12 Noyabr 2023 15:33
220
Azərbaycan yığması Avropa çempionuna uduzub - FOTO

Bu gün qadın basketbolçulardan ibarət Azərbaycan yığması AVRO-2025-in seçmə mərhələsində ikinci oyununu keçirib.

İdman.biz xəbər verir ki, milli Bakıda son Avropa çempionu Belçika ilə qarşılaşıb.

İlk görüşdə Litvaya uduzan komandamızı güclü rəqiblə oyunda çətin sınaq gözləyirdi. Bütün periodlarda üstün oynayan belçikalılar fərqli qələbə qazanıblar. Qarşılaşma rəqib komandanın 136:28 hesablı üstünlüyü ilə yekunlaşıb.

Qeyd edək ki, qrupun digər görüşündə Polşa öz meydanında Litva ilə qarşılaşacaq.

AVRO-2025
Seçmə mərhələ
II tur
14:00. Azərbaycan – Belçika - 28:136 (6:25, 4:38, 6:39, 12:34)

Bakı. “Sərhədçi” İdman Mərkəzi

1

Belçika

2

1

1

198

95

3

1

Litva

1

1

0

99

62

2

2

Polşa

1

1

0

67

62

2

4

Azərbaycan

2

0

2

90

235

1

İdman.biz