Millimizin heyəti açıqlanıb - Arika Karter və Brianna Frezer yığmada

Xəbərlər
8 May 2025 13:57
53
Millimizin heyəti açıqlanıb - Arika Karter və Brianna Frezer yığmada

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin heyəti bəlli olub.

İdman.biz xəbər verir ki, Dünya kubokunun Bakıda keçiriləcək seçmə mərhələsində yığmamızda 4 basketbolçu yer alacaq.

Millinin təcrübəli oyunçuları Aleksandra Mollenhauerlə Dina Ulyanovaya “Neftçi”də çıxış etmiş iki basketbolçu qoşulub. Arika Karter və Brianna Frezer də yığmamızda çıxış edəcək.

Qeyd edək ki, qadınlardan ibarət millimiz Latviya və Misirlə B qrupunda mübarizə aparacaq. Yığmamız mayın 24-də saat 10:15-də Afrika, ertəsi gün saat 12:05-də Baltikyanı ölkə təmsilçisi ilə qarşılaşacaq.

İdman.biz