FİNAL: “Neftçi” “Sabah”ı ikinci dəfə məğlub edib - YENİLƏNİB

Xəbərlər
8 May 2025 20:55
266
FİNAL: “Neftçi” “Sabah”ı ikinci dəfə məğlub edib - YENİLƏNİB

Kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyası davam edir.

İdman.biz xəbər verir ki, bu gün həlledici mərhələnin 4-cü matçı baş tutub.

Son çempion “Sabah” “Neftçi”ni sınağa çəkib. Qarşılaşma Bakı İdman Sarayında keçirilib. “Sabah” 3-cü qələbə ilə çempionluğa bir addım da yaxınlaşmaq, “Neftçi” seriyadakı hesabı bərabərləşdirməyə çalışıb.

İlk dəqiqələrdən üstünlük qazanan "ağ-qaralar" sonadək bundan istifdə ediblər. Fərqli qələbə qazanan "Neftçi" seriyada hesabı bərabərləşdirib.

Qeyd edək ki, seriyanın 5-ci qarşılaşması mayın 11-də baş tutacaq.

Azərbaycan Basketbol Liqası
Final, 4-cü oyun
8 may

19:00. “Neftçi” - “Sabah” - 84:66 (20:12, 22:16, 18:16, 24:22)

Bakı İdman Sarayı
Seriyada hesab – 1:2

İdman.biz