“Sabah”ın basketbolçusu: “Həlledici məqamlarda diqqətli olsaq, hər şey yaxşı gedəcək”

Müsahibə
31 Oktyabr 2023 15:13
202
“Sabah”ın basketbolçusu: “Həlledici məqamlarda diqqətli olsaq, hər şey yaxşı gedəcək”

“Çətin oyun olacaq. Kağız üzərində onlar favorit görünə bilərlər, amma reallıqda basketbolda hər nəticə mümkündür”.

Bunu İdman.biz saytına “Sabah”ın basketbolçusu Artyom Butyankovs deyib.

FİBA Avropa kubokunda “Nimburk”a qarşı oyundan danışan Latviya millisinin üzvü rəqibin yaxşı formada olduğunu bildirib. Onun sözlərinə görə, sabah Çexiyada baş tutacaq görüş gərgin mübarizə şəraitində keçəcək: “Bundan əvvəlki qarşılaşmaları rahat alına bilər. “Nimburk” komanda oyunu sərgiləməyi sevir. Fiziki və atletik cəhətdən basketbolçuları çox güclüdür. Rəqibdə sistem, aqressiv oyun və yaxşı fiziki hazırlıq var. Prinsipcə, individual şəkildə bizi təəccübləndirəcəklərinə inanmıram. Əgər komanda oyununu yaxşı mübarizə apardıqlarını nəzərə alsaq, doğma meydanlarında çexiyalılara qarşı oynamaq çox çətin olcaq”.

Butyankovs “Sabah”ın da üstün cəhətlərini də açıqlayıb: “Bizdə də peşəkarlıq yüksək səviyyədədir. Fərdi keyfiyyətləri yüksək olan basketbolçularımız var. Komanda oyunu göstərməyə çalışmalıyıq. Bu çox zaman üstünlük olsa da, bəzən mənfi cəhət də üzə çıxır. Güclü komandaları məğlub edib, özümüzdən zəiflərə uduza bilərik. Həlledici məqamlarda diqqətli olsaq, hər şey yaxşı gedəcək. Bizdən kimsə fərdi oynamağa çalışsa, o zaman böyük problem yaşayacağıq”.

Qeyd edək ki, "Nimburk" - “Sabah” görüşü noyabrın 1-də Praqada keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Emin Ağa

İdman.biz