Amerikalı basketbolçu: “Fərqli “Neftçi” görəcəksiz” - MÜSAHİBƏ

Müsahibə
18 Dekabr 2024 20:09
191
Amerikalı basketbolçu: “Fərqli “Neftçi” görəcəksiz” - MÜSAHİBƏ

"Neftçi"nin amerikalı basketbolçusu Camaal Brentleyin İdman.biz-ə müsahibəsi

- Azərbaycan çempionatının VII turunda lider "Sabah"a 71:66 hesabı ilə qalib gəldiz. Mövsümdə ilk qələbənin məğlubiyyətsiz rəqib üzərində qazanmağın sirri nədir?
- Sirrimiz zamandır. Mövsüm öncəsi bir ara məşqimiz olmayıb. Günü gündən bir-birimizi daha yaxşı anlayırıq.

- Son çempion üzərindəki qələbə mövsümdə sizin üçün necə bir stimul olacaq?
- Bu bizə böyük motivasiya oldu. Matça təkrar baxıb səhvlərimizi düzəltməyə çalışacağıq ki, gələcəkdə daha güclü oyun sərgiləyək.

- Onda artıq fərqli "Neftçi" izləyəcəyik?
- Əlbəttə. Günü-gündən oyunumuzu daha da yaxşılaşdırırıq. Növbəti görüşlərdə daha mübariz olmağa çalışacağıq.

- Komandada əsas hədəf nədir?
- Daha güclü və baxımlı basketbol göstərmək. Bunun üçün çox işləyirik. Mükəmməlləşmək üçün əlimizdən gələni edirik.

- Azərbaycan Basketbol Liqamız haqqında fikirlərin necədir?
- Rəqabət yüksəkdir. Bir çox legionerlər gərgin görüşlərin sayını artırır. Bizim son matçımız və digər oyunlar da liqanın yüksək rəqabətli olduğu göstərdi. Gələcək matçlarda mütləq rəqabətə hazır olmalıyıq.

Emin Ağa
İdman.biz