“Sabah” basketbol klubu bu gün avrokubokda növbəti matçına çıxıb.
İdman.biz xəbər verir ki, Azərbaycan çempionu FİBA Avropa kubokunun sonuncu - VI turunda İsveçdə “Nörçöppinq”in qonağı olub.
Qarşılaşma Rimas Kurtinaytisin yetirmələri üçün formal xarakter daşıyıb. Oynadığı 5 matçın hamısında məğlub olduğu üçün qrupdan çıxmaq şansını itirən təmsilçimiz qapını möhkən çırpıb. Komandamız 83:75 hesabı ilə qələbə qazanaraq, Bakıdakı məğlubiyyətin revanşını alıb.
Qeyd edək ki, G qrupunun digər oyununda liderlik uğrunda “Marussi” “Spirou”ya 87:70 hesabı ilə qalib gəlib.
FİBA Avropa kuboku
G qrupu, VI tur
13 noyabr
22:00. “Nörçöppinq” (İsveç) - “Sabah” - 75:83 (22:21, 14:17, 19:21, 20:24)
Hakimlər: Ritvars Helmsteins (Latviya), Karol Kovalski (Finlandiya), David Tomasson (İSlandiya)
Nörçöpinq, Stadium Arena
1 |
Spirou |
6 |
5 |
1 |
499-476 |
11 |
2 |
Marussi |
6 |
4 |
2 |
490-444 |
10 |
3 |
Nörçöppinq |
6 |
2 |
4 |
474-513 |
8 |
4 |
Sabah |
6 |
1 |
5 |
443-473 |
7 |
İdman.biz