1:7 hesablı məğlubiyyətin nəticəsi: İdarə Heyəti və məşqçilər korpusu istefa veriblər

Xəbərlər
7 Oktyabr 2023 14:15
93
1:7 hesablı məğlubiyyətin nəticəsi: İdarə Heyəti və məşqçilər korpusu istefa veriblər

Bolqarıstanın “Ludoqorets” klubunda kütləvi istefalar olub.

İdman.biz xəbəb verir ki, komandanın İdarə Heyəti və məşqçilər korpusu istefa veriblər.

Buna “Ludoqorets”in Konfrans Liqasında Danimarkanın “Norşeland” klubuna 1:7 məğlubiyyəti səbəb olub. Bolqarıstan təmsilçisinin sahibləri Kiril və Georgi Domuskhievlərin yeni heyət quracaqları bildirilir.

Qeyd edək ki, “Ludoqorets” 10 turdan sonra 20 xalla Bolqarıstan çempionatından 6-cı yerdədir. Konfrans Liqasında isə 2 oyunda 3 xal toplayıblar.

İdman.biz