Milimiz Albaniyaya uduzub

Xəbərlər
9 İyul 2024 23:25
364
Milimiz Albaniyaya uduzub

16 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının C divizionunda mübarizəyə bu gün start verilib.

İdman.biz xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən turnirin qrup mərhələsində ilk turun qarşılaşmaları baş tutub.

A qrupunda mübarizə aparan Azərbaycan millisi ilk matçına çıxıb. Tahir Baxşıyevin yetirmələri Albaniya ilə üz-üzə gəlib 56:60 hesabı ilə uduzub. Meydan sahibləri fasiləyə 2 xal fərqi ilə üstün yollanıblar. 4-cü periodda önə keçən millimiz 8 xallıq üstünlüyü qoruya bilməyib.

Qeyd edək ki, yığmamız iyulun 10-da saat 16:30-da Moldova, ertəsi gün saat 16:30-da Malta ilə qarşılaşacaq.

U-16-lar (oğlanlar) arasında Avropa çempionatı
C divizionu, A qrupu
I tur, 9 iyul
21:30. Albaniya – Azərbaycan - 60:56 (15:11, 10:12, 17:18, 18:15)

Feti Borova Milli Olimpiya Mərkəzi

İdman.biz

Məqalədə: