Millimizin basketbolçusu “Top-10”da

Xəbərlər
15 İyun 2024 10:12
124
Millimizin basketbolçusu “Top-10”da

Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Klermon-Ferran mərhələsinin ilk gününün ən yaxşıları açıqlanıb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin basketbolçusu Aleksandra Mollenhauer də bombardirlərin siyahısında yer alıb.

İlk gündə 13 xal toplayan oyunçumuz “Top-10”da qərarlaşıb. Mollenhauer 8-ci pillədə yer alıb.

Marsedes Uolker 10 xalla 16-cı, Dina Ulyanova 8 xalla 28-ci, Tatyana Deniskina 3 xalla 43-cüdür.

Qeyd edək ki, qrupda Filippinə 22:17 hesabı ilə qalib gələn (22:17) yığmamız Niderlanda uduzub – 12:21. Komandamız 1/4 finalda Fransa ilə görüşəcək.

İdman.biz

Məqalədə: