“Fənərbaxça” çempion!

Xəbərlər
12 İyun 2024 23:53
106
“Fənərbaxça” çempion!

Türkiyə Basketbol Superliqasında 2023/2024 mövsümünün qalibi bəlli olub.

İdman.biz xəbər verir ki, finalda “Fənərbaxça” “Anadolu Efes”lə qarşılaşıb.

“Sarı-lacivərdlilər” seriyanın 4-cü matçında əlavə vaxtda 80:72 hesabı qələbə qazanıblar. 3:1 hesabı üstünlük əldə edən “Fənərbaxça” tarixində 11-ci dəfə çempionu tituluna yiyələnib. Finalda uduzan “Anadolu Efes” 16 dəfə çempion olub.

Qeyd edək ki, “Fənərbaxça”nın basketbolçusu Naycel Hayes-Devis final seriyasının MVP-si seçilib.

İdman.biz