Zaur Paşayev: "Ən çətin görüşümüz Kipr yığması ilə oldu" - VİDEO

Xəbərlər
10 İyun 2024 22:47
244
Zaur Paşayev: "Ən çətin görüşümüz Kipr yığması ilə oldu" - VİDEO

“Bütün oyunçularımızı təbrik edirəm”.

İdman.biz xəbər verir ki, bunu basketbolun 3x3 növü üzrə Azərbaycan millisinin keçmiş oyunçusu Zaur Paşayev deyib.

Kosovonun paytaxtı Priştinada keçirilən təsnifat mərhələsində komandanı dəstəkləyən təcrübəli basketbolçu Avropa kubokunun finalına vəsiqəni şərh edib: “Biz oraya qələbə qazanmaq üçün getmişdik. Görülən işlər və məşqlər öz bəhrəsini verdi. Buradan Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayevə öz təşəkkürlərimi bildirirəm. Bizə dəstək olan hər kəsə minnətdarıq. Ən çətin görüşümüz Kipr yığması ilə oldu. Onlarla hər iki oyun çətin keçdi”.

Paşayev gənclərdən ibarət milliyə köməkçi-məşqçi vəzifəsinə təyinatına münasibət bildirib: “Bu təyinatla bağlı federasiyaya minnətdaram. Əlimdən gələni edəcəm ki, yığmamız uğurlu gözəl çıxış etsin”.

Zaur gələn mövsümün sonuna kimi “Cəlilabad”da oyunçu kimi çıxış edəcəyini açıqlayıb.

Qeyd edək ki, Avropa kubokunun final mərhələsi avqustun 22-25-də keçiriləcək. Turnirə Avstriya ev sahibliyi edəcək.

Banuçiçək Hüseynli
İdman.biz