Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa kubokunda növbəti oyunda çıxıb.
İdman.biz xəbər verir ki, yığmamız Kosovonun paytaxtı Priştinada keçirilən yarışın Albaniya ilə qüvvəsini sınayıb.
Komandamız rəqibi 21:13 hesabı ilə məğlub edib. Bu qələbə basketbolçularımıza qrup mərhələsini lider kimi başa vurmaq imkanı verib. Millimiz yarımfinalda İrlandiya - Albaniya cütünün qalibi ilə üz-üzə gələcək.
Yığmamız turnirdə keçirdiyi ilk 3 matçda Ermənistan (21:9), Kosova (14:10) və Kipr (21:16) komandalarını məğlub edib.
Avropa kuboku
Təsnifat mərhələsi
B qrupu
9 iyun
14:50. Azərbaycan – Albaniya - 21:13
Qeyd edək ki, digər qrupda Andorra (4 xal), İrlandiya (4), Malta (2), Lüksemburq (2) mübarizə aparıb.
İdman.biz