“Neftçi”nin sabiq icraçı direktoruna yeni VƏZİFƏ

5 İyun 2024 11:26
589
“Neftçi”nin sabiq icraçı direktoruna yeni VƏZİFƏ

Azərbaycan Basketbol Federasiyasına (ABF) yeni təyinat reallaşıb.

İdman.biz xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Bir müddət əvvəl “Neftçi” Futbol Klubunun baş icraçı direktoru vəzifəsindən istefa verən Fərrux Mahmudov yenidən ABF-da çalışacaq. O, qurumun icraçı vitse-prezidenti təyin olunub.

Qeyd edək ki, “Neftçi”dən əvvəl də federasiyada çalışan Mahmudov icraçı direktor vəzifəsini tuturdu.

İdman.biz