Millimiz və “Baku Flames”in heyəti Qəbələdəki Qadın Seriyası üçün

Xəbərlər
30 May 2024 10:46
113
Millimiz və “Baku Flames”in heyəti Qəbələdəki Qadın Seriyası üçün

Basketbolun 3x3 növü üzrə Qadın Seriyasının Qəbələ mərhələsində iştirak edəcək komandaların heyətləri açıqlanıb.

İdman.biz xəbər verir ki, yarışda iştirak edəcək Azərbaycan təmsilçilərinin formasını geyinəcək basketbolçular da bəlli olub.

Yeni yaradılan “Baku Flames” klubunun heyətində Sali Al-Xuri, Nailə Əlisultanova, Ləman İbrahimova və Binata Rizvanova yer alıblar.

Millimizin formasını isə Tatyana Deniskina, Aleksandra Mollenhauer, Dina Ulyanova və Marsedes Uolker geyinəcəklər. Paris-2024-ə lisenziya qazanan heyətin liderlərindən olan Tiffani Hayes bu dəfə yığmada olmayacaq. Onu Honkonqdakı Olimpiya Təsnifat Turnirində ehtiyat oyunçu olan Deniskina əvəzləyib.

Qeyd edək ki, Qəbələ mərhələsi iyunun 2-3-də keçiriləcək.

İdman.biz

Məqalədə: