"Xəzri" finalda! - VİDEO

Xəbərlər
11 May 2024 21:49
170
"Xəzri" finalda! - VİDEO

Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsində növbəti matç keçirilib.

İdman.biz xəbər verir ki, “Xəzri” NTD-İNDİQO ilə üz-üzə gəlib.

İlk matçda 63:61 hesabı ilə üstün olan bakılılar finala yüksəliblər. Gərgin mübarizə şəraitində keçən qaşılaşmanın taleyi overtaymda həll olunub. "Xəzri" 3-cü perioddan sonra 13 xallıq fərqi aradan götürməyi bacarıb. Əlavə vaxtda da daha yaxşı çıxış edən Murat Dikmenin komandası finala vəsiqə qazanıb.

Qeyd edək ki, cütün qalibi finalda “Sabah” ilə qarşılaşacaq. Çempion yarımfinalda “Xırdalan”ı məğlub edib.

Azərbaycan Basketbol Liqası
1/2 final, ilk oyun
11 may
19:30. “Xəzri” - NTD-İNDİQO - 86:81 (15:25, 20:21, 19:21, 18:5, 14:9) OT

"Sərhədçi" İdman Mərkəzi
İlk oyun: 63:61

İdman.biz